Mahsun Kırmızıgül Bakıya gəlir

29 Mart 2024 07:39 (UTC+04:00)

Türkiyənin sevilən səsi Mahsun Kərməzəgül Bakıya gəlir. SİA xəbər verir ki, bu haqda teleaparıcı, ictimai xadim Hacı Nuran Hüseynov məlumat verib.

Onun sözlərinə görə Kırmızıgül may ayının 17-18-i tarixlərində Bakı Konqres Mərkəzində keçiriləcək iki günlük konsert proqramı ilə Bakıdakı pərəstişkarlarını sevindirəcək.