Gəncədə yaşayış binasında yanğın baş verib

29 Mart 2024 00:36 (UTC+04:00)

Gəncədə yanğın hadisəsi baş verib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, yanğın Heydər Əliyev Prospektində yerləşən beşmərtəbəli yaşayış binasında qeydə alınıb. Sözügedən binada anidən yanğın başlayıb.

Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Bina sakinləri təxliyə edilir.