"Neftçi"nin müdafiəçisi və qapıçısı "Qəbələ" ilə oyunu buraxacaq

28 Mart 2024 14:58 (UTC+04:00)

"Neftçi"nin iki futbolçusu "Qəbələ"yə qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının XXVIII turunun matçını buraxacaq. Bu barədə SİA-ya "ağ-qaralar"ın mətbuat xidmətindən məlumat verilib.

Bərpa prosesini davam etdirən qapıçı Emil Balayevlə yanaşı, əzələ gərilməsi diaqnozu ilə müalicə alan macarıstanlı müdafiəçi Mark Tamaş həmin oyunda iştirak etməyəcək.

Qeyd edək ki, martın 29-da keçiriləcək “Qəbələ” – “Neftçi” oyunu saat 16:30-da başlayacaq.