Gəncədə mənzildən oğurluq edən 4 nəfər tutuldu

28 Mart 2024 11:40 (UTC+04:00)

Gəncə şəhərində sakinlərdən birinə məxsus mənzildən dəyəri 3375 manat olan müxtəlif məişət əşyaları oğurlanıb. SİA xəbər verir ki, Gəncə Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən P. Məhərrəmov, N. Rəhmətulin, H. Hüseynov, S. Abbasov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.