Ağdərədə qumbaraatan və pulemyot aşkarlanıb

28 Mart 2024 11:05 (UTC+04:00)

Polis əməkdaşları Ağdərədə qumbaraatan və pulemyot aşkarlayıblar. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Ağdərə rayonunun Çiləbürt kəndi ərazisindən 2 qumbaraatan və pulemyot silahının hissəsləri aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.