“X” sosial şəbəkəsinin premium istifadəçilərinə şad xəbər

28 Mart 2024 06:13 (UTC+04:00)

“xAI” şirkəti tərəfindən hazırlanmış “Grok AI” çatbotunun bu həftə “X” sosial şəbəkəsinin premium istifadəçiləri üçün əlçatan olacaq. SİA xəbər verir ki, bu barədə İlon Mask özünün “X” hesabında məlumat verib.

“Bu həftənin sonunda “Grok” yalnız “Premium+” deyil, bütün “Premium” abunəçiləri üçün əlçatan olacaq”, - deyə sahibkar yazıb.

Qeyd edək ki, 2023-cü ilin dekabrında Mask “Grok AI” çatbotunun beta versiyasının istifadəyə verildiyini elan edib. ABŞ-də “X”də yeni neyroşəbəkədən “Premium+” abunəçiləri istifadə edə biliblər.