İtaliyada zəlzələ baş verib

28 Mart 2024 03:31 (UTC+04:00)

İtaliyada 5,0 bal gücündə zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri 8 min nəfərin yaşadığı Tolmedzo kommunasından 13 km cənub-qərbdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.