Kamçatkada 5,6 maqnitudalı zəlzələ olub

28 Mart 2024 04:10 (UTC+04:00)

Rusiyanın Kamçatka diyarının sahilində 5,6 maqnitudalı zəlzələ olub. SİA xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialının saytında bildirilib.

Xidmətin verilənlərinə görə, zəlzələnin ocağı Ust-Kamçatsk yaşayış məntəqəsindən 40 km aralıda, 5 km dərinlikdə yerləşib.

Tələfat və dağıntı, habelə yeraltı təkanların hiss olunması barədə məlumat verilməyib.