Toni Kroos "Real Madrid"də qalır...

27 Mart 2024 23:05 (UTC+04:00)

Toni Kroos "Real Madrid" klubundakı karyerası barədə qərar qəbul edib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, alman yarımmüdafiəçi "Kral klubu" ilə yeni müqavilə bağlayacaq. Sözləşmənin müddəti 1+1 illik nəzərdə tutulub.

Qeyd edək ki, Kroosun klubla müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq.