Mbappe fitə basıldı

27 Mart 2024 21:25 (UTC+04:00)

PSJ və Fransa millisinin hücumçusu Kilian Mbappe Çili yığması ilə yoxlama oyununda (3:2) fitə basılıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, diqqətçəkən məqam odur ki, oyun parislilərin əsas rəqibi olan “Marsel”in doğma arenası “Velodrom” stadionunda baş tutub.

Oyun boyu olduğu kimi, komandanın heyətlərinin açıqlanması zamanı da futbolçuya fit basılıb.