Bakıda 45 yaşlı qadın liftin qapıları arasında qalaraq ölüb

27 Mart 2024 17:09 (UTC+04:00)

Bakı şəhərinin Binəqədi rayonunda liftin qapısının arasında qalan qadın ölüb. Bu barədə SİA-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi rayon sakini, 1979-cu il təvəllüdlü Aynurə Mehdiyevanın yaşadığı binadakı liftin qapıları arasında qalması nəticəsində aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.