Bu ərazilərdə su kəsilib

27 Mart 2024 15:12 (UTC+04:00)

Magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar bu gün Bakının Yasamal və Səbail rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət yaranıb. SİA bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir.

Qurum bununla əlaqədar abonentlərdən üzr istəyib.