Emin Ağalarov “Crocus City Hall”da memorial yaradacağına söz verib

26 Mart 2024 06:46 (UTC+04:00)

Emin Ağalarov Rusiyanın RBK kanalına müsahibəsində “Crocus City Hall”un bərpası zamanı memorial yaradacağına söz verib. SİA-nın məlumatına görə, xəbərdə deyilir: "Təbii ki, biz bütün bunları nəzərdən keçiririk, lakin indi bizim bir az fərqli prioritetlərimiz var: Zərərçəkənlərə maksimum yardım göstərmək, bu işdə iştirak etmək üçün Müslüm Maqomayev Fondunu da cəlb etmək və xilasedicilərə dağıntıları təmizləməkdə kömək etmək istəyirik. Hələlik bizim ilk işimiz bunlardır”, - deyə o qeyd edib.