Almaniyada Azərbaycanın Novruz ənənələri nümayiş etdirilib

25 Mart 2024 16:12 (UTC+04:00)

Almaniyada Azərbaycanın Novruz bayramı ənənələri nümayiş etdirilib. SİA xəbər verir ki, bu barədə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Novruz bayramının Azərbaycan adət-ənənələrinin zəngin mədəni palitrası Almaniyadakı səfirlik və Azərbaycan icmasının fəalları tərəfindən Hamburq meriyasının binasında nümayiş etdirilib”, - səfirin paylaşımında deyilir.