Bədii gimnastımız Qazaxıstanda bürünc medal qazanıb

25 Mart 2024 14:17 (UTC+04:00)

Azərbaycanın bədii gimnastı Ayan Sadıqova Qazaxıstanın paytaxtı Astanada keçirilən “Alem Cup” beynəlxalq turnirində uğurlu çıxış edib. SİA xəbər verir ki, idmançı yarışda bürünc medal qazanıb.

O, lentlə hərəkətlərin icrasına görə mükafata layiq görülüb.