Lunyovun "Qarabağ"ın düşərgəsinə qoşulacağı vaxt bəlli olub

25 Mart 2024 09:30 (UTC+04:00)

Rusiya millisinin qapıçısı Andrey Lunyov bu gün "Qarabağ"ın düşərgəsinə qoşulacaq. SİA xəbər verir ki, 32 yaşlı qolkiper bu barədə "Championat" nəşrinə açıqlamasında deyib.

Qeyd edək ki, martın 23-də Rusiya yığmasının təlim-məşq toplanışı başa çatıb. Daha əvvəl komandanın Paraqvay seçməsi ilə yoldaşlıq görüşü ölkədəki terror aktına görə ləğv edilib. Qarşılaşma bu gün gerçəkləşməli idi. Rusiya millisi martın 21-də Serbiyanı dörd cavabsız qolla üstələyib. Lunyov bu matçda meydana çıxmayıb.