“Terrorçuların milliyyəti olmur..."

24 Mart 2024 20:28 (UTC+04:00)

Moskva yaxınlığındakı “Crocus City Hall”-da baş verən terror aktından iki gün sonra Rusiya və Tacikistan prezidenti Vladimir Putinlə Emoməli Rəhmon arasında telefon danışığı olub.

SİA-nın əldə etdiyi məlumata görə, stenoqram Kremlin saytında dərc olunub.

...Məlumatı Tacikistan prezidentinin mətbuat xidməti də yayıb.

Mətndə qeyd olunur ki, söhbət zamanı Rəhmon terror aktını pisləyib və terrorçuların “milləti, vətəni və dini olmadığını” vurğulayıb.

Hər iki tərəf terrorizmlə mübarizədə əməkdaşlığı davam etdirmək barədə razılığa gəlib.

Xatırladaq ki, martın 22-də Moskva yaxınlığındakı “Crocus City Hall” konsert kompleksində “Piknik” qrupunun çıxışı başlamazdan əvvəl atışma baş vermiş, bundan sonra güclü yanğın başlamışdı. 133 nəfər həlak olub, 150-dən çox insan yaralanıb. Hadisə əsasında Rusiya Federasiyasının İstintaq Komitəsi terror aktı ilə bağlı cinayət işi açıb.

Yeri gəlmişkən, bir gün əvvəl “MK” qəzeti terror aktında şübhəli bilinən şəxslərin - Tacikistan vətəndaşlarının Moskvanın şimalındakı oteldə yaşadığını yazıb. Bununla belə, Tacikistan Xarici İşlər Nazirliyi Moskva vilayətində “Crocus City Hall”da baş vermiş terror aktında ölkə vətəndaşlarının əli olduğu iddia edilən məlumatların internetdə yayılması ilə bağlı rəsmi müraciət yayıb.

Departament bu məlumatı saxta adlandırıb.

Nazlı