Rihanna yeni stildə görüntüləndi - FOTO

24 Mart 2024 12:47 (UTC+04:00)

Barbadoslu dünyaca məşhur müğənni Rihanna stilini dəyişib. SİA "TMZ"ə istinadən xəbər verir ki, Kaliforniyanın Santa Monika şəhərində görüntülənən sənətçinin yeni görünüşü diqqət çəkib. İfaçını qısa, sarı saç düzümündə görənlər onu tanımaqda çətinlik çəkiblər.