Abşeronda ikimərtəbəli evdə yanğın

23 Mart 2024 09:38 (UTC+04:00)

Abşeron rayonunun Məmmədli kəndində ümumi sahəsi 180 m² (hər mərtəbəsi 90 m²) olan ikimərtəbəli 7 otaqlı evin 1-ci mərtəbəsində iki otağın yanar konstruksiyaları 50 m² sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.