Kreml Parisə nüvə bombası atmaqla hədələyib

22 Mart 2024 21:19 (UTC+04:00)

...Rusiya Federasiyası Dövlət Dumasının vitse-prezidenti Pyotr Tolstoy Fransanın BFMTV media qrupuna müsahibəsində Parisə atom bombası göndərməklə hədələyib.

Bu arada Fransa prezidenti Emmanuel Makron isə “Rusiya rəsmilərinin bu cür əsəbilik və təmkinsizliyi” onu təəccübləndirdiyini deyib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Tolstoy deyib ki, Kreml nüvə raketinin Parisə çatmasının nə qədər vaxt aparacağını “hesablayır”.

Onun sözlərinə görə, "təxminən iki dəqiqəyə".

Bundan əlavə, Makronun Ukraynaya qoşun göndərmə ehtimalı ilə bağlı açıqlamaları fonunda rusiyalı rəsmi “Ukraynadakı bütün rus əsgərlərini öldürməklə” hədələyib.

Bu bəyanatları şərh edən Fransa lideri deyib: “...Məncə, onların qəzəbləri onlara şərh verməmək üçün kifayətdir.

Rusiya rəsmilərinin əsəbiliyi və təmkinsizliyi məni həqiqətən təəccübləndirir”.

Makron deyib bunu.

Nazlı