Türkiyəni cari ilin ilk iki ayında 4,3 milyon turist ziyarət edib

22 Mart 2024 23:25 (UTC+04:00)

Türkiyə cari ilin ilk iki ayında 4,3 milyon turisti qəbul edib.

Mədəniyyət və Turizm Nazirliyindən verilən açıqlamaya görə, yanvar və fevral aylarında Türkiyəyə gələn xarici ziyarətçilərin sayı keçən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq 4 milyon 341 min 606 nəfərə çatıb.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Türkiyəni fevral ayında 2 milyon 294 min 579 turist ziyarət edib.