Ebru hamiləlik iddialarına reaksiya verib

22 Mart 2024 10:04 (UTC+04:00)

İş adamı Murat Özdemirlə fevralda ailə quran müğənni Ebru Gündeşin 4,5 aylıq hamilə olduğu iddiaları gündəmə gəlib. SİA xəbər verir ki, məlumatda ifaçının iyun və iyulda ana olacağı yazılıb. Gündeş şayiələri cavabsız qoymayıb. Müğənni iyun-iyul aylarında verəcəyi konsert siyahısını yayımlayıb. O qeyd edib ki, iyun, iyul və avqustda kifayət qədər məşğuldur.