İçərişəhərdə “Sehrli Qala” tədbirinə start verilib

20 Mart 2024 12:43 (UTC+04:00)

İçərişəhərdə Novruz bayramı münasibətilə “Sehrli Qala” tədbirinə start verilib. SİA xəbər verir ki, “İçərişəhər” Dövlət-Tarix Memarlıq Qoruğunda Novruz bayramının təntənəli şəkildə qeyd olunmasına başlanılıb. İlaxır çərşənbə “Qoşa Qala” meydanında musiqi və ifaların müşayiətilə İçərişəhər ağsaqqalları və sakinləri tərəfindən bayram tonqalı qalanaraq qarşılanıb.