Hiss kamera qarşısına keçdi - FOTOLAR

20 Mart 2024 08:42 (UTC+04:00)

Gənclərin sevimli ulduzu Hiss yenə diqqət çəkməyi bacarıb. SİA xəbər verir ki, sənətçi yeni lentə alınan fotolarını instaqram hesabında izləyicilərlə bölüşüb. "Şəxsi təyyarəmlə Los-Ancelesə uçarkən kameralara tuş gəldim", - deyə qısa şərhini yazıb. Fərqli obrazda fotokamera önünə keçən Hiss bu stili ilə dünyaca məşhur barbadoslu müğənni Rihannaya bənzədilib.

Sözügedən fotoları təqdim edirik: