50 saat çəkən əməliyyat..?

20 Mart 2024 00:35 (UTC+04:00)

...Sankt-Peterburqdakı Milli Tibbi Tədqiqatlar Onkologiya Mərkəzində onkoloq Yevgeni Levçenko ağır xəstəliyi olan xəstəni təxminən 50 saat əməliyyat edərək onun həyatını xilas edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Mash on the Moika” Telegram kanalı yayıb.

Həkim 170 bədxassəli şişi çıxarıb.

Rusların yazdığına görə, bununla Levçenko dünya rekordu vurub.

Deyilənlərə görə, əvvəllər dünyada heç bir həkim belə əməliyyatlar etməmişdi.

Milli Tibbi Araşdırmalar Mərkəzinin məlumatına görə, əməliyyat uğurla keçib. Xəstə sağalır.

…Daha əvvəl Samara somnoloqu gecə işinin orqanizmə necə təsir etdiyini söyləmişdi.

Nazlı