Putin tapşırıq verdi: satqınlar tapılmalı, iğtişaşların qarşısı alınmalıdır...

20 Mart 2024 00:09 (UTC+04:00)

...Federal Təhlükəsizlik Xidməti Rusiyada iğtişaşlar səpmək cəhdlərini qətiyyətlə yatırmalı, Qərb kəşfiyyat xidmətlərinin fəaliyyətini zərərsizləşdirməli, həmçinin Rusiyanı daxili və xarici təhlükələrdən qorumaq üçün xainləri tapıb cəzalandırmalıdır.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin çərşənbə axşamı departamentin kollegiya iclasında çıxış edərək Federal Təhlükəsizlik Xidmətinin qarşısına belə tapşırıqlar qoyub.

...Putinin sözlərinə görə, Rusiya xalqı Federal Təhlükəsizlik Xidmətindən effektiv və hücumçu hərəkətlər gözləyir. O, ölkənin üzləşdiyi problemlərin bütün sahələrdə ardıcıl iş tələb etdiyini xatırladıb.

Putinin fikrincə, “ekstremizmin” təzahürlərinin arxasında Qərbin kəşfiyyat xidmətləri “qulaqlarını çıxarır”, Rusiyaya qısqanclıqla yanaşırlar.

...Düşmən görür ki, bizdə hər şey var və sürətlə inkişaf edirik.

Bunu deyən Putin əlavə edib ki, Federal Təhlükəsizlik Xidməti xainləri, xüsusən də Ukrayna ilə həmsərhəd bölgələrə hücumları artıran, silah anbarlarını məhv edən və əhalinin məskunlaşdığı ərazilərin tutulması barədə yalan məlumat verən təxribat qrupları üzvlərinin adları müəyyən etməlidir.

“...Harada olurlarsa olsunlar, biz onları məhdudiyyətsiz cəzalandıracağıq. Mən sizdən bu fəaliyyət sahəsinə kifayət qədər diqqət yetirməyinizi xahiş edirəm. Heç kim ruhdan düşməsin”, - Putin bildirib bunu.

Bundan əlavə, ölkə rəhbəri Federal Təhlükəsizlik Xidmətinə Rusiya iqtisadiyyatına - bank və maliyyə sisteminə, eləcə də yeni bazarlar inkişaf etdirən şirkətlərə diqqət yetirməyi tapşırıb.

...Sizin ölkə iqtisadiyyatına və inkişafımıza verdiyiniz dəstəyiniz son dərəcə vacibdir.

...2023-cü ildə Federal Təhlükəsizlik Xidməti ruslara qarşı xəyanətdə ittiham olunan rekord sayda iş açanda, kəşfiyyat xidmətləri səriştəli və aydın hərəkət etdi,-deyən Putin, Federal Təhlükəsizlik Xidmətinin dövlət təhlükəsizliyi və suverenliyinin təmin edilməsi sistemində əsas halqa olduğunu bildirib.

Ağasəf Babayev