Türkiyənin səfiri ilaxır çərşənbə münasibətilə Azərbaycan xalqını təbrik edib

19 Mart 2024 15:31 (UTC+04:00)

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilaxır çərşənbə münasibətilə Azərbaycan xalqını təbrik edib. SİA xəbər verir ki, o, bu barədə “X”də yazıb.

“19 Mart Torpaq çərşənbəniz mübarək! Süfrəniz bol, ruzi-bərəkətli olsun! Üzünüzdən sevinc əskik olmasın!”, - diplomat qeyd edib.