Bakı Dövlət Sirki Novruz tətilində fəaliyyət göstərməyəcək

19 Mart 2024 12:46 (UTC+04:00)

Novruz tətili günlərində Bakı Dövlət Sirkində proqram nəzərdə tutulmayıb. Bu barədə SİA-ya Sirkdən məlumat verilib.

Bildirilib ki, Bakı Dövlət Sirkində təhlükəsizlik tədbirləri məqsədilə bir müddət əvvəl başlanan təmir hələ yekunlaşmayıb: “Buna görə də sirkin yaz mövsümündə fəaliyyəti gözlənilmir”.

Sirkdən o da əlavə olunub ki, payız-qış mövsümü ilə əlaqədar hələlik yekun söz demək mümkün deyil.