Sabunçuda hospitalda ölüm faktı qeydə alınıb

19 Mart 2024 12:10 (UTC+04:00)

Bakının Sabunçu rayonunda hospitalda ölüm faktı qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 18-də 1967-ci il təvəllüdlü Bahar Qasımovanın Sabunçu rayonu ərazisində yerləşən “Stimul Hospital”da ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.