3,8 mindən çox şəxsə pensiya təyinatı aparılıb

19 Mart 2024 11:13 (UTC+04:00)

2024-cü ilin fevral ayı ərzində 3,8 min nəfərdən çox şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb. Dövlət Sosial Müdafiə Fondundan SİA-ya verilən xəbərə görə, onların 58,8%-ni kişilər, 41,2%-ni isə qadınlar təşkil edib.