“Elektron ipoteka və kredit zəmanət” sistemi yenilənəcək

19 Mart 2024 11:02 (UTC+04:00)

İpoteka və Kredit Zəmanət Fonduna məxsus “Elektron ipoteka və kredit zəmanət” sistemi yenilənəcək. SİA xəbər verir ki, Fond artıq bununla bağlı hazırlıqlara başlayıb.

Sistemin yenilənməsi üçün 2 illik konsaltinq xidmətləri cəlb ediləcək. Məsləhətçi şirkət mövcud sistemin imkanlarını təhlil edəcək, yeni sistemin işlənib hazırlanması və tətbiqi üçün icraçının (inteqratorun) seçilməsində, keyfiyyətin təmin edilməsində və qəbul sınaqlarının keçirilməsində kömək edəcək.