AXCP-nin Daşkəsən şöbəsi sədrinə narkotiklə bağlı cinayət işi açılıb

19 Mart 2024 10:19 (UTC+04:00)

Sosial şəbəklərdə AXCP Daşkəsən rayon şöbəsinin sədri Sahib Məmmədzadənin saxlanması ilə bağlı məlumatlar yayılıb. DİN-in mətbuat xidmətinin regional qrupundan SİA-ya bildirilib, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən S.Məmmədzadə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Fakta görə cinayət işi qaldırılıb, istintaq hərəkətləti davam etdirilir.