Masazırda "Opel" yanıb

19 Mart 2024 09:22 (UTC+04:00)

Abşeron rayonunun Masazır qəsəbəsində "Opel" markalı minik avtomobilinin yanar hissələri yanıb. SİA FHN-in saytına istinadən xəbər verir ki, yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.