Nigeriyada daha yüz adam oğurlanıb

18 Mart 2024 21:43 (UTC+04:00)

Nigeriyanın Kaduna ştatında silahlı şəxslər daha yüz adamı oğurlayıblar.

SİA xəbər verir ki, faktı rəsmi şəxslər və BMT-nin Nigeriyadakı nümayəndələri təsdiqləyiblər. Oğurlanan şəxslər 2 qonşu kəndin sakinləridir.

Qeyd edək ki, Kaduna ştatında martın əvvəlində iki yüzdən çox adam oğurlanıb. Onların taleyi hələ də naməlumdur.