AGF-nin baş katibi Meksikanın Azərbaycandakı səfiri ilə görüşüb

18 Mart 2024 17:34 (UTC+04:00)

Azərbaycan Gimnastikas Federasiyasının (AGF) baş katibi Nurlana Məmmədzadə Meksikanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero Kabalyero ilə görüşüb. AGF-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, toplantı qurumun ofisində baş tutub.

Görüşdə Azərbaycanla Meksika arasında gimnastika sahəsində ikitərəfli əməkdaşlıq müzakirə olunub.