Bundan sonra hər kəs bizimlə hesablaşmalıdır - PREZİDENT

18 Mart 2024 16:04 (UTC+04:00)

Biz hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq. SİA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində deyib.

Dövlətimizin başçısı, həmçinin vurğulayıb: “Biz hamımız fəxr edirik ki, biz özümüz ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq”.