Elnar və Ferhat Göçer eyni layihədə yer aldı

17 Mart 2024 08:38 (UTC+04:00)

Müğənni Elnar Xəlilov yeni layihəsini təqdim etməyə hazırlaşır. SİA xəbər verir ki, o, bu dəfə duet ifa edəcək. Elnarın tərəf müqabili ilə foto paylaşması isə marağa səbəb olub. Onun bu dəfəki duet ortağı məşhur türkiyəli müğənni Fərhad Göçərdir. Sənətçi Göçerlə birlikdə çəkilmiş fotosunu "Tezliklə" şərhi ilə yayımlayıb.