...Artıq uzun illərdir ki, ABŞ-da yaşayan, lakin qış tətili üçün Rusiyaya gələn müğənni Kristina Orbakaite Yeni il öncəsi verdiyi konsertlərdən və korporativ tədbirlərdən təxminən 100 milyon rubl qazanıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri NEWS.ru-ya Federal Antikorrupsiya Layihəsinin (FPBC) rəhbəri Vitali Borodin verib.
...Orbakaite Yeni ildən əvvəl Rusiyaya gəldi, konsertlərə, korporativ tədbirlərə getdi və geri qayıtdı.
Bunu deyən Borodinin sözlərinə görə, xüsusi əməliyyat başlayandan qısa müddət sonra ailəsi ilə birlikdə xaricə köçən Orbakaytenin anası müğənni Alla Puqaçova yeni mahnı və klip çəkdirdikdən sonra cəmi 24 saat ərzində 20 milyon rubl gəlir əldə edib.
Xatırladaq ki, bundan əvvəl Orbakayte Rusiyadakı konsertlərinin kütləvi şəkildə ləğv edilməsindən danışmışdı.
Nazlı