Hindistan BCTO Rusiya neftini almaqdan imtina edir

15 Mart 2024 18:24 (UTC+04:00)

Hindistan ABŞ sanksiyalarının sərtləşdirilməsi fonunda Rusiyadan premium neft BCTO (ESPO) idxal etməkdən imtina edib.

SİA-nın əldə etdiyi məlumata görə,bu barədə “Kommersant” “Kpler”ə istinadən xəbər verir.

Qeyd edək ki, bu növ neft məhsullarının tədarükü 2022-ci ildə ABŞ, Yaponiya və Cənubi Koreyadan almaqdan imtina fonunda artıb. Eyni zamanda, keçən il Hindistana təqribən 95 min barel neft tədarük edilib.

Verilən məlumatlara görə, əvvəllər Nyu-Dehli başqa növ Rusiya neftini - Sokol almaqdan imtina edirdi.

Reuters-in məlumatına görə, Hindistan 2023-cü ilin dekabrında və bu ilin yanvarında Sokol-u almayıb.

Ancaq tədarüklərin fevral ayında yenidən başladığı iddia edilir.

Xatırladaq ki, Rusiya Qərbin sanksiyalarını qanunsuz hesab edir.

…Kreml Ukrayna ərazisində hərbi əməliyyatlarla bağlı maliyyə və iqtisadi məhdudiyyətləri tanımır.

Nazlı