“Məktəbli Könüllü” Proqramının rəsmi açılış mərasimi keçirilir. SİA xəbər verir ki, “Məktəbli könüllü” “Bir Könüllü” Tələbə Təşkilatının təşəbbüsü, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə ictimai fəal və sosial məsuliyyətli məktəbli profilinin formalaşdırılması məqsədi ilə 8, 9, 10 və 11-ci sinif şagirdlərini əhatə edən xüsusi bir proqramdır.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb və proqramın 3 ayını əhatə edən video-çarx nümayiş olunub.