Hadisə daha bir paylaşımı ilə gündəm yaradıb - FOTOLAR

15 Mart 2024 06:38 (UTC+04:00)

Məşhur müğənni Hadisə daha bir paylaşımı ilə gündəm yaradıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, bu dəfə üst geyimsiz foto paylaşıb.

Müğənninin kürəyinə döymə ilə yazdığı "Heç kim sənin kimi sevməz" sözləri diqqət çəkib.

Onun bu paylaşımına izləyiciləri tərəfindən yüzlərlə şərhlər və bəyənmələr gəlib.

Şərhlərdə “Son zamanların ən yaxşı pozası” , “Gözəlliyinizi sevirəm”- kimi sözlər yazılıb.