Xaricdə ali təhsil almaq istəyən tələbələr üçün…

14 Mart 2024 13:26 (UTC+04:00)

Xaricdə ali təhsil almaq istəyən tələbələr üçün müsahibələrin tarixi açıqlanıb. SİA xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsində yayımlanan “2022–2026-cı illər üçün Dövlət Proqramı”na müraciət qaydaları ilə bağlı canlı yayımda proqramın İdarəetmə Qrupunun rəhbəri Turan Poladova deyib.

O qeyd edib ki, müsahibələrə aprel ayının ilk günlərində start veriləcək.