Polşa 50-dən çox ölkədəki səfirini dəyişir

14 Mart 2024 01:58 (UTC+04:00)

Polşanın xarici işlər naziri Radoslav Sikorski 50-dən çox ölkədəki səfiri dəyişdirmək qərarına gəlib. SİA xəbər verir ki, bu barədə XİN-in rəsmi saytında dərc olunmuş məlumatda deyilir.

Qeyd olunub ki, Polşanın xarici işlər naziri Radoslav Sikorski 50-dən çox səfirin missiyasını dayandırmaq və nazirliyin əvvəlki rəhbərliyi tərəfindən irəli sürülən 10-a yaxın namizədi geri çağırmaq barədə qərar qəbul edib. Bildirilib ki, kadr dəyişiklikləri ölkənin baş naziri tərəfindən təsdiqlənib və diplomatların geri çağırılması prosedurlarına başlanılıb.