Süni zəka insan əməyini sıradan çıxara bilər? - AYDINLIQ GƏTİRİLDİ

13 Mart 2024 09:45 (UTC+04:00)

"Süni zəka güclü ola bilər. Lakin unutmaq olmaz ki, bu zəkanı da insanlar tərtib edir". Bu sözləri SİA-ya danışan texnobloger Tariyel Ağazadə deyib.

Onun sözlərinə görə, hazırkı dövrdə robotlardan bir çox sahələrdə istifadə olunur: "Əsasən də texnoloji cihazların, avtomobillərin, qida məhsullarının hazırlanmasında robotlardan istifadə olunur: "Bu gün süni zəka məsələsi beynəlxalq aləmdə çox trenddir. Artıq şirkətlərin 99 faizi süni zəka əsasında məhsullar tərtib edirlər. Bu məhsulların böyük qismi robotlar və texnoloji avadanlıqlardan ibarətdir".

T.Ağazadə bildirib ki, süni zəka bəzi insanlardan daha ağıllı ola bilər, amma əsas xüsusiyyətləri özündə birləşdirmir. Hansı ki, buna intuisiya və insana xas olan xüsusiyyətləri aid etmək olar. Robotların dünya sakini olmasına gəlincə, onlar müxtəlif sahələrdə insanlara daha geniş xidmət göstərə bilərlər. Buraya dövlət orqanları, xəstəxanalarda əməliyyat zamanı robotlardan istifadə daxil ola bilər".

Ləman Sərraf