Bu gün bu ərazilərdə qaz kəsiləcək

13 Mart 2024 07:35 (UTC+04:00)

"Qaraçuxur” QPS-də "Əhali” kollektorundan ayrılan "Əmircan” qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi ilə əlaqədar 13.03.2024-cü il tarixdə saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır. Bu barədə SİA-ya "Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Qeyd olunub ki, təmir işləri aparılan müddətdə Suraxanı rayonu üzrə Əmircan qəsəbəsinin və Şərq yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.