Üç minə yaxın tələbə təhsil kreditindən yararlanıb
12 Mart 2024 16:54 (UTC+04:00)
2023-2024-cü tədris ilinin yaz semestrində 2 755 tələbə təhsil kreditindən yararlanıb. Bu barədə SİA-ya Təhsil Tələbə Krediti Fondundan məlumat verilib.
Qeyd olunub ki, həmin tələbələrdən 810-na sosial, 1 945-nə isə standart kredit verilib.