Dörd dəfə xərçəngə qalib gələn aktrisa yenidən xəstəxanada

12 Mart 2024 16:10 (UTC+04:00)

5-ci dəfə xərçəng aşkarlanan "Yeşilçam"ın "Qəmzəli gözəl"i Bahar Öztan xəstəxanada müalicə alır. SİA xarici mətbuata istinadən xəbər verir ki, aktrisanın vəziyyəti pisləşdiyi üçün reanimasiyaya yerləşdirilib. Bu səbəbdən o, gələn həftə əməliyyat olunacaq.

Qeyd edək ki, sonuncu dəfə yoğun bağırsaq xərçəngi diaqnozu qoyulan aktrisa 4 dəfə xərçəng xəstəliyinə qalib gəlib.