Xəstə doğulan uşaqların 4-8 faizi qohum evliliklərinin payına düşür - NAZİRLİK RƏSMİSİ

12 Mart 2024 13:41 (UTC+04:00)

Xəstə doğulan uşaqların 4-8 faizi qohum evliliklərinin payına düşür. SİA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin talassemiya bölməsinin baş həkimi Xuraman Cəfərova martın 12-də qohum nikahları ilə bağlı ictimai müzakirələrdə deyib.

O, Azərbaycanın talassemiya xəstəlikləri baxımından endemik zona olduğunu söyləyib. Həkim qeyd edib ki, qohum evlilikləri talassemiya xəstələrinin sayının artmasına səbəb olur:

"Məqsədimiz qohum evliliklərinin qarşısını almaqdır. Dövlət bu sahədə ciddi iş görür. 2016-cı ilə qədər doğulan uşaqlar arasında talassemiya xəstəsi illik 200-yə yaxın idi, 2016-cı ildən sonra xəstələrin sayında ciddi azalma var".