Dr.Xumar Novruzova Ağciyər Sağlığı və Reanimasiya Dərnəyinin üzvü seçilib

12 Mart 2024 11:25 (UTC+04:00)

Mərkəzi Gömrük Hospitalının terapevti Xumar Novruzova 6-9 mart 2024-cü il tarixlərində Türkiyənin Antalya şəhərində Ağciyər Sağlığı və Reanimasiya Dərnəyinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq Ağciyər Sağlığı konqresində iştirak edib. SİA xəbər verir ki, konqresdə müxtəlif növ tənəffüs yolu xəstəlikləri, bronxial astma, Bronxoektaziya, Sarkoidoz, ağciyər vərəmi və digər ağciyər xəstəliklərinin müalicəsindən danışılıb və bu sahə üzrə tibbi yeniliklər müzakirə olunub.

Dörd gün davam edən elmi tədbirdə Dr.Akın Kaya, Dr.Alberto Papi, Dr.Lorcar McGarvey və digər tanınmış mütəxəssislər təqdimatlarla çıxış ediblər.

Qürurverici haldır ki, terapevt Xumar Novruzova Türkiyənin Ağciyər Sağlığı və Reanimasiya Dərnəyinin üzvü seçilib. Xumar həkimi bu münasibətlə təbrik edir, ona faəliyyətində uğurlar arzulayırıq!