…Rusiyalı müğənni Zemfira Ramazanova (Rusiya Federasiyasında xarici agent kimi tanınıb-A.B.) xarici agent statusunun götürülməsinin rədd edilməsi ilə bağlı Kassasiya Məhkəməsinə müraciət edib.
SİA bu barədə TASS-a istinadən xəbər verir.
…İş üzrə kassasiya şikayəti qeydə alınıb.
Bu isə Rusiya məhkəməsindən bildirilib.
Qeyd edək ki, Zemfira 2023-cü ilin fevralında xarici agentlər siyahısına qoşulub. Müğənni bu qərara etiraz etməyə çalışsa da, Moskva Şəhər Məhkəməsi şikayəti rədd edib. "Radiotochka NSN" Telegram kanalı xəbər verir ki, daha əvvəl Zemfira növbəti albomunun buraxılışını təxirə salmaq niyyətində olmadığını bildirib.
Nazlı